RU

Həyəcan: Bakıda bu hal 14 dəfə artdı

İstilik dalğaları Azərbaycanda da tezləşib və Bakı şəhərində 1990-cı illərlə müqayisədə bu, 14 dəfə artıb.

Axar.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva COP29 çərçivəsində keçirilən Şəhərlərdə Təbiət, Səhiyyə və Kənd Təsərrüfatı üzrə Yüksək Səviyyəli Dəyirmi Masada deyib.

"Şəhərlər iqlim dəyişikliyində kritik rol oynayır. Proqnozlara görə, 2050-ci ilə qədər şəhərlərin əhalisi 2,5 milyard artacaq və qlobal əhalinin 68%-i şəhərlərdə yaşayacaq. Qlobal istiləşmə şəhərlərdə daha tez-tez və ciddi şəkildə hiss edilən ekstremal hava hadisələri ilə müşayiət olunur. Sürətli urbanizasiya səbəbindən antropogen təzyiq həm təbiət, həm də insan sağlamlığı üçün əlavə risklər yaradıb", - o bildirib.

Избранный
2
9
axar.az

2Источники