RU

Baş danışıqçı: "COP29 zamanı biz əlimizdən gələn bütün səyləri göstərmişik"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Biz Avstraliyanın itki və zərər fonduna 32.5 milyon ABŞ dolları töhfəsini yüksək qiymətləndiririk. COP29 zamanı biz əlimizdən gələn bütün səyləri göstərmişik, tərəfləri bir-birilərini anlamağa və kollektiv sahiblənməyə çağırmışıq".
Oxu.Az xəbər verir ki, bunu COP29 çərçivəsində Turizm Günündə "Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü"ndə COP29-un baş danışıqçısı Yalçın Rəfiyev deyib.
O bildirib ki, artıq sonuncu mərhələdəyik və bu mərhələdə tərəflər öhdəliklərini ortaya qoymalıdırlar:
"Bunun üçün daha çox işləmək lazımdır. Yeni kollektiv hədəf mitiqasiya, yumşalma və adaptasiya proqramıdır ki, bunun üzərində işləyirik. Mətnlərin bir qismi bu gün, qalanı isə sabah açıqlanacaq. Lakin bu mətnlər yekun deyil. Biz müzakirələri davam etdirəcəyik. Burada verilən qərarlar Paris Sazişinin yerinə yetirilməsində mühüm rol oynayacaq", -deyə Rəfiyev qeyd edib.
Mərahim Nəsib
Избранный
51
50
oxu.az

10Источники