RU

Abxaziyada nə baş verir?



Bir neçə gündür davam edən etirazlardan sonra Abxaziyadakı seperatçı hökumət və onların müxalifləri " prezident " Aslan Bjanianın istefa verdiyini bildirən sazişi imzayıblar. Razılaşmaya əsasən, dövlət binalarının ərazisinə və kompleksinə toplaşan vətəndaşlar noyabrın 19 - da dağılışmalıdır. Buna əməl edilməyəcəyi təqdirdə Bjaniya istefa ərizəsini geri götürəcək. Etirazlara səbəb Rusiya iş adamlarına Abxaziya ərazisində bir neçə strateji sahədə yüksək imtiyazların verilməsini nəzərdə tutan lahiyyədir. Bu isə yerli iş adamlarından qıcıq yaradıb. Etirazlara ilk öncə pərakəndə şəkildə davam etsə də daha sonra mütəşəkkil hal almağa başladı. Abxaziyada baş verənlər 3 sennarini gündəmə gətirir. Birincisi, narazı kütlənin etirazı həqiqətən səmimidir, onlar məhz iqtisadi səbəblərə etiraz edirlər. Ancaq burda bir məsələ var ki, abxaz müxalifəti bununla faktiki Moskvanın iradəsini qarşı gəlmiş olur. Abxaziya iqdisadi cəhətdən Rusiyadan asılıdır. Moskvanın iradəsinə qarşı atılacaq addım separatçı rejimin çökməsinə səbəb ola bilər. Buna görə də etirazçılar ehtiyyatla davrandılar və aksiyaların Rusiyaya qarşı olmadığını bildirdilər. Aksiyalara rəhbərlik edən Abxaziya " Baş prokuroru " nun keçmiş müavini Eşsou Kakaliyanın səsləndirdiyi tələblər əsasən siyasi idi və separatçı rejimin rəhbəri Bjaniyanın istefasını əks etdirirdi. Bu isə etirazlarla bağlı ikinci sennarini daha aktual edir. Aksiya sırf siyasi xarakter daşıyırdı və Rusiya prosesə ona görə müdaxilə etmədi. Onu da nəzərə alaq ki, bu Abxaziyada var vermiş ilk siyasi aksiya deyil. 2014 - cü ildə Suxumidə baş verən etirazlar nəticəsində seperatçı rejimin o zamankı " prezidenti " Aleksandr Ankvab öz iqamətgahından qaçaraq Rusiyaya məxsus hərbi bazaya qaçmış və prezident Vladimir Putin öz köməkçisi Vladislav Surkovu Suxumiyə göndərərək tərəflər arasında razılıq əldə edilməsinə nail olmuşdu. Bundan sonra hakimiyyətə gələn müxalifət lideri Raul Hacımba özü də 2020 - ci ildəki etirazlardan sonra istefa verməyə məcbur olmuşdur. Bundan sonra " Suxumi klanı " adlanan əvvəlki qrup öz hakimiyyətini bərpa edir. Abxaziyanın " prezident " i vəzifəsinə gətirilən Aslan Bjania 2014 - cü ildə devrilmiş keçmiş prezident Aleksandr Ankvabı " baş nazir " təyin edir. Tez - tez baş verən siyasi çevrilişlər Abxaziya daxilində ciddi siyasi qarşıdurma olduğu və qrupların hakimiyyət uğrunda amansız mübarizəsinin nəticəsidir. Prosesə müdaxilə etməyən Rusiya isə ehtimal ki bütün qruplarla işləməyi bacardığı üçün hansısa bir müdaxiləyə ehtiyac görmür. Üçüncü sennari isə son zamanlar səslənən Abxaziyanın Gürcüstanla yanından birləşməsi iddiasıdır. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun " Abxaziya və Cənubi Osetiya Gürcüstanla münasibətləri özləri müəyyən edəcək " açıqlaması Suxumi və Tsexenvalidə həyacan yaratmışdı. Gürcüstan hakimiyyətinin Qərblə gərginləşən münasibətləri fonunda Abxaziyanın Tiflislə anlaşma ehtimalı böyükdür. Təbii ki, burda həmdə Moskvanın istəyi olmalıdır. Əgər proses bu istiqamətdə gedərsə Abxaziya və Gürcüstanın konfederativ dövlət şəklində birləşməsi baş tuta bilər. Eyni zamanda Gürcüstan federativ dövlət elan edilə və Abxaziya yüksək statusla onun subyektinə çevrilə bilər. 2008 - ci il hadisələri və Şimali Osetiya amilinə görə Cənubi Osetiyanın Gürcüstanla birləşmək ehtimalı çox zəif olsa da Abxaziyada vəziyyət fərqlidir və hadisələr bu bölgədə seperatçılığın bitməsi ilə nəticələnə bilər.

Zeynal Əmraliyev
Избранный
23
1
newscenter.az

2Источники