Bəzi Qərb ölkələri ABŞ-ın seçilmiş prezidenti Donald Trampın dövründə Vaşinqtonun xarici siyasətində əsaslı dəyişiklik gözləntiləri səbəbindən Ukrayna münaqişəsi və Rusiya ilə münasibətlərlə bağlı mövqelərini dəyişmək barədə düşünməyə başlayıblar.
Hurriyyet.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
“Bəzi Qərb ölkələri Trampın siyasətinin ABŞ-ın Ukrayna münaqişəsinə yanaşmasına əsaslı dəyişikliklər gətirə biləcəyini anlayaraq, mövqelərini dəyişmək imkanları barədə düşünməyə başlayıblar. Bununla belə, qeyd etmək lazımdır ki, ABŞ-ın hazırkı prezidenti Co Baydenin Kiyevə Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün ATACMS raketlərindən istifadə etməyə icazə vermək qərarı Qərblə Moskva arasında münasibətlərin potensial istiləşməsini çətinləşdirib”, - deyə mənbə bildirib.
Publika.az