RU

Azərbaycanla Latviya arasında bərpa olunan enerji ilə bağlı müzakirələr aparılıb

Azərbaycanla

Azərbaycan Latviya ilə bərpa olunan enerji sahəsində həyata keçirilən inkişaf kursu barədə müzakirələr aparıb.

Reyting.az
Energetika nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr COP29 çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Latviyanın iqlim və energetika naziri Kaspars Melnis arasında keçirilən görüşdə aparılıb.

COP29 Sədrliyinin enerji təşəbbüslərinin, Azərbaycanın “yaşıl enerji” istehsalı - ixracı layihələrinin geniş coğrafiyada enerji təhlükəsizliyi və enerji keçidində əhəmiyyətindən bəhs edilib.

Bildirilib ki, külək və günəş enerjisi layihələri hesabına elektrik enerjisinin quraşdırılmış gücündə bərpa olunan enerjinin payı 2027-ci ildə 33 %-ə, 2030-cu ildə isə 35,5 %-ə yüksələcək. Bu, ölkədə “yaşıl enerji” sahəsinin yüksək inkişaf dinamikasından xəbər verir.

Görüşdə, həmçinin Azərbaycan və Mərkəzi Asiyadan Avropa və Türkiyə istiqamətlərində “yaşıl enerji” və ”yaşıl qaz”ların tədarükü, həmçinin bərpa olunan enerjinin dayanıqlığını artırmaq məqsədilə enerji saxlanma sistemlərinin tətbiqi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Latviyanın bərpa olunan enerji sahəsində təcrübəsi bölüşülüb və enerji sahəsində əməkdaşlıq perspektivləri dəyərləndirilib.
Избранный
15
10
reyting.az

10Источники