RU

Azərbaycanla Latviya arasında bərpa olunan enerji ilə bağlı müzakirələr aparılıb

Azərbaycan Latviya ilə bərpa olunan enerji sahəsində həyata keçirilən inkişaf kursu barədə müzakirələr aparıb.

Mia.az Energetika nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr COP29 çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Latviyanın iqlim və energetika naziri Kaspars Melnis arasında keçirilən görüşdə aparılıb.

Bildirilib ki, külək və günəş enerjisi layihələri hesabına elektrik enerjisinin quraşdırılmış gücündə bərpa olunan enerjinin payı 2027-ci ildə 33 %-ə, 2030-cu ildə isə 35,5 %-ə yüksələcək. Bu, ölkədə “yaşıl enerji” sahəsinin yüksək inkişaf dinamikasından xəbər verir.

Избранный
16
7
mia.az

10Источники