RU

Azərbaycan millisi DÇ-2026-nın püşkatmasında neçənci səbətdə yer alacaq?

Azərbaycan yığmasının 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkatma mərasimində yer alacağı səbət dəqiqləşib.

Publika.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi yığma 4-cü səbətdə olacaq. Komanda onunla eyni səbətdə yer alacaq yığmalarla rəqib ola bilməyəcək.

Qeyd edək ki, dekabrın 13-də Sürix şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Seçmə mərhələ matçları 2025-ci ilin martında start götürəcək. 4 və 5 komandadan ibarət 12 qrupun birinciləri birbaşa DÇ-2026-nın final mərhələsinə vəsiqə əldə edəcəklər. İkinci yerin sahibləri pley-offda iştirak hüququ qazanacaqlar.

DÇ-2026 - Avropa zonası üzrə seçmə mərhələ

1-ci səbət: İspaniya, Almaniya, Portuqaliya, Fransa, İtaliya, Niderland, Danimarka, Xorvatiya, İngiltərə, Belçika, İsveçrə, Avstriya

2-ci səbət: Türkiyə, Ukrayna, İsveç, Uels, Macarıstan, Serbiya, Polşa, Yunanıstan, Rumıniya, Slovakiya, Çexiya, Norveç

Избранный
5
publika.az

1Источники