Bu günə qədər 540 min nəfər Livanı tərk edib – BMT
Sentyabrın sonunda İsrailin “Hizbullah” hərəkatına qarşı başladığı hərbi əməliyyatdan sonra ən azı 540 min nəfər Livanı tərk edib. Yeniavaz.com xəbər verir ki, bu barədə BMT-nin Livandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb. Məlumata görə, hərbi əməliyyatların şiddətlənməsindən sonra 540 min nəfər (onların 37%-i livanlılar, 63%-i suriyalılardır) Livandan Suriyaya keçib. Məlumatda həmçinin qeyd olunub ki, İraqa 34 992 livanlı gəlib. Qeyd edək ki, sentyabrın 23-də İsrail “Hizbullah” təşkilatına qarşı “Şimalın oxları” əməliyyatına başlayıb və bu əməliyyat zamanı Livan ərazisində təşkilatın hərbi hədəflərinə qarşı kütləvi hava zərbələri endirib.