RU

Müharibə dalana dirənib: Rusiya və Ukraynanın razılaşmaya gəlmə ehtimalları zəifdir

Vladimir Putin danışıqlara hazırdır, lakin ərazi güzəştinə getməyəcək. O, Ukraynanın NATO-ya üzvlüyündən imtina etməsində israr edir, lakin Kiyev üçün təhlükəsizlik təminatlarını müzakirə etməyə hazırdır. Bu barədə “Röyters” mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, Rusiya ordusu Xarkov və Nikolayev vilayətlərindən çıxa bilər. Həmçinin Moskva cəbhə xəttinin dondurulmasına razılaşacaq. Mənbələr bildirib ki, Kreml Ukraynadan silahlı qüvvələrinin sayını azaltmağı və rus dilindən istifadəni məhdudlaşdırmamağı öhdəsinə götürməyi də tələb edə bilər. 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Sherg.az”a söyləyib ki, Rusiya-Ukrayna münasibətlərində danışıqlarla bağlı hələki pozitiv mənzərə müşahidə olunmur:

“Hər iki tərəfin rəsmilərinin dilindən müharibənin bitməli olduğuyla bağlı açıqlamar var. Amma Rusiya və Ukraynanın razılaşmaya gəlmə ehtimalları zəifdir. Çünki Ukrayna Rusiya ilə yalnız ərazi bütövlüyü təmin olunduğu halda razılaşar. Yəni Zelenskinin ərazi bütövlüyü təmin olunmadan Rusiya ilə hansısa danışıqlar aparması Ukrayna hakimiyyəti və xalqı üçün qəbuledilməz haldır. Digər tərəfdən bu gün Rusiya da Ukraynada başladığı müharibədə danışıqlara gedən tərəf kimi görünmək istəmir. Şimal qonşumuz düşünür ki, Ukraynaya danışıqlarla bağlı hansısa təklif etsə, Moskvanın imkanlarının tükənməsiylə bağlı mənzərə yarana bilər. Ona görə də hazırda Rusiya-Ukrayna savaşında vəziyyətdən çıxış yolu zəifdir. İki ölkə arasındakı münasibətlərin daha çox dalana dirənməsi mümkündür”.
Избранный
29
sherg.az

1Источники