Bakı. Trend:
Antarktikada dəniz buzlarının itirilməsi və buzlaqların geriçəkilməsi qlobal istiləşmənin sürətlənməsini təsdiqləyir.
Trend xəbər verir ki, bunuCibutinin Ətraf Mühit Nazirliyinin baş katibi Dini Abdallah OmarCOP29 Sammitində çıxışı zamanı bildirib.
Ömər qlobal istiləşmənin açıq əlamətlərinə diqqət çəkərək deyibki, anomal istilər, daşqınlar, quraqlıqlar və qasırğalar bütünqitələrdə dağıntılara və xaosa səbəb olub.
O, 2024-cü ildə baş verən ekstremal iqlim hadisələrinixatırladıb, məsələn, Yunanıstan və Kanadada genişmiqyaslıyanğınlar, Yaponiyada, İspaniyada və ABŞ-da dağıdıcı daşqınlar,eləcə də Afrikada kütləvi daşqınlar.
"Bu hadisələr iqlim dəyişikliyinin ildən-ilə pisləşdiyini vəbütün qitələrə təsir etdiyini aydın şəkildə sübut edir", - deyəA.Omar vurğulayıb.
O, həmçinin CO2 səviyyəsinin narahatedici artımını qeyd edib. Busəviyyə sənayeöncəsi dövrlərə nisbətən 50 faizdən çox artaraqatmosferdə istiliyin yığılmasına töhfə verib. Ömər UNEP-inhesabatına istinad edərək qlobal temperaturun 3,2°C-yə qədəryüksələcəyini proqnozlaşdırıb, bu da Paris Sazişi ilə müəyyənedilmiş 1,5°C həddindən iki dəfə yüksəkdir.
"Bu səbəbdən biz inkişaf etmiş ölkələri istixana qazıemissiyalarını kəskin şəkildə azaltmağa çağırırıq", — deyə obildirib.
Cibuti, digər ölkələr kimi, artıq iqlim dəyişikliyinintəsirlərini hiss edir.
"Biz anomal istilər, quraqlıqlar, dəniz səviyyəsinin qalxması vədaşqınlar kimi dağıdıcı hadisələrlə üzləşirik", — deyə A.Omarbildirib.
O əlavə edib ki, bu ekstremal hadisələr infrastruktura, ocümlədən yollar, məktəblər, xəstəxanalar və yaşayış yerlərinə,eləcə də kənd təsərrüfatı, balıqçılıq və turizm sektorlarına zərərvurub.
Bu çətinliklərə cavab olaraq, Cibuti uyğunlaşmaya əhəmiyyətlisərmayələr qoyub. Ömər, paytaxtı daşqınlardan qorumaq üçünbəndlərin tikilməsi, sahil şəhəri Çaduru qorumaq üçün barajlarıninşası kimi əsas layihələrdən danışıb. Su qıtlığı problemini həlletmək üçün Cibuti, Efiopiyaya su kəməri çəkib, duzsuzlaşdırmaqurğuları quraşdırıb və yeraltı suların çıxarılması üçün quyularasərmayə yatırıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.