RU

Litva 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan enerjidən istifadə 100 faizə çatacaq – Simonas Qentvilas

Bakı. Trend:

2030-cu ilə qədər Litvanın milli elektrik şəbəkəsi tamamiləekoloji cəhətdən təmiz olacaq və bərpa olunan enerji mənbələrindənistifadə 100 faizə çatacaq.

Trend xəbər verir ki, bunuLitvanın ətraf mühit naziri Simonas Qentvilas COP29 Sammitindəçıxışı zamanı bildirib.

"Bizim görüşümüz hərəkət etmək üçün növbəti bir fürsətdir", —deyə Simonas Qentvilas qeyd edib və təcili tədbirlərin görülməsininvacibliyini vurğulayıb.

O, qalıq yanacaqlardan imtinanın əhəmiyyətinə diqqət çəkib və2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin qlobal gücünü üçdəfə artırmaq və enerjiyə qənaət üzrə səyləri ikiqat artırmaqməqsədini xatırladıb. Bu hədəflər ötən il Dubayda keçirilmişsammitdə irəli sürülüb. Lakin onun sözlərinə görə, proqramın ilkinqiymətləndirilməsi göstərir ki, dünya ictimaiyyətinin səyləri hələkifayət qədər deyil.

"Təəssüf ki, proqramın ilkin qiymətləndirilməsi göstərir ki,bizim kollektiv səylərimiz kifayət qədər deyildi. Biz daha yaxşıişləyə bilərik və işləməliyik", — deyə nazir vurğulayıb.

Litva "yaşıl" iqtisadiyyata keçid sahəsində əhəmiyyətli uğurlarəldə edib. Ölkə 2030-cu ilə qədər istixana qazı emissiyalarını1990-cı ilin səviyyəsi ilə müqayisədə ən azı 70 faiz azaltmağıöhdəsinə götürüb. Uzunmüddətli məqsəd isə 2050-ci ilə qədər iqlimneytrallığına nail olmaqdır.

Nazir əlavə edib ki, 2020-ci ildən etibarən Litvada günəş vəkülək enerjisinin gücü dörd dəfə artıb və 2026-cı ilə qədər bugöstəricinin iki dəfədən çox artacağı gözlənilir. Bundan əlavə,ölkə 2050-ci ilə qədər istilik sektorunda 100 faiz bərpa olunanenerji mənbələrindən istifadə etməyi planlaşdırır.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
20
az.trend.az

1Источники