Beynəlxalq Boks Federasiyasının (IBF) ağır çəkidə boks üzrə dünya çempionu kəmərini qoruyan 27 yaşlı Daniel Dubois, Mayk Taysonu məğlub edən Ceyk Polu döyüşə çağırıb.
"Cebheinfo.az" xəbər verir ki, 27 yaşlı Daniel Dubois Pola mesaj göndərib.
Daniel Dubois Pola mesajında, "Salam Ceyk, həftəsonu yaxşı keçir, məşhur ağır çəkidə dünya çempionu ilə döyüşəndə özünü necə hiss edirsən? Daniel Dubois səni çağırır,başlayaq", - deyə bildirib.
Ceyk Pol isə Daniel Dubois təklifinə diqqətçəkən cavab verib:
“Daniel Dubois 12 ildir boksla məşğuldur. Həvəskar və peşəkar arasında 100-dən çox döyüş keçirib və mənim anderkartımda döyüşüb. Nakisanı (Bidarian, Jake Paulun meneceri) Frankie Varren (boks təbliğatçısı) danışdıracağam və səni taxt üçün sıraya qoyacağam. Arturdan fərqli olaraq, ən azı bir neçə min pərəstişkarın var”.
Qeyd edək ki, youtuber kimi şöhrət qazanan 27 yaşlı Ceyk Pol xüsusi görüşdə 58 yaşlı keçmiş ağır çəkidə boks üzrə dünya çempionu Mayk Taysonla qarşılaşıb.
“Netflix”-də canlı yayımlanan və milyonların izlədiyi, 80 milyon dollarlıq mükafatın olduğu matçda hakimlərin yekdil qərarı ilə Ceyk Pol qalib gəlib.