1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
22 qat "Böyük Dəbilqə" çempionu, ispaniyalı tennisçi Rafael Nadal karyerasını başa vurub.
Oxu.Az xəbər verir ki, hələ oktyabrın 10-da Nadal "Devis Kuboku-2024"ün final mərhələsi oyunlarından sonra karyerasını başa vuracağını açıqlamışdı.
Son görüşündə Botik van de Zandşulpa 1/4 finalda 0:2 (4:6, 4:6) hesabı ilə məğlub olan Rafael Nadal daha sonra karyerasını başa vurduğunu bildirib.
"İş bu nöqtəyə çatanda heç kimin xoşuna gəlməyəcək. Tennis oynamaqdan yorulmuram. Lakin bədənim daha tennis oynamaq istəmir", - deyə R.Nadal bildirib.
Qeyd edək ki, Nadal karyerası ərzində "Böyük Dəbilqə" turnirlərindən iki dəfə Uimbldon və Avstraliya Açıq (Melburn) turnirinin, dörd dəfə ABŞ Açıq (Nyu-York) turnirinin və 14 dəfə (mütləq rekord) isə Fransa Açıq (Paris, Rolan Qarros) turnirinin qalibi olub. Ümumilikdə, o, təkbaşına 92 titul qazanıb.
![](https://images.oxu.az/2024/11/20/xfRowieKjmYApJEf9blMEqBDFVaXUAT0ZCx2KlF9:450.jpg)
![](https://images.oxu.az/2024/11/20/2USu0e14vdpB8VY96trwRD9tqIgnFiO10jJeLpJX:450.jpg)
![](https://images.oxu.az/2024/11/20/2TFLxop7WcdE8Q2AMSuOYzrv02Fy7QY4ZnPHBwFO:450.jpg)
![](https://images.oxu.az/2024/11/20/ksG5haccH5SgR7IYn2euT9AXBlY9CPGABPCgWD3w:450.jpg)
![](https://images.oxu.az/2024/11/20/X4Xbrmvb4TOvRsTcieZBVhBePh18GGWtyUaDJZTf:450.jpg)