RU

Türkiyədə ən çox bu SUV modelləri alınıb - SİYAHI

Türkiyədə ən çox satılan SUV avtomobillərinin siyahısı yenilənib.

Hit.az xəbər verir ki, qardaş ölkədə ilin 10 ayı ərzində ən çox satılan SUV modellərinin adları açıqlanıb.

Bu barədə Avtomobil Distribyutorları və Mobillik Dərnəyi (ODMD) tərəfindən məlumat verilib. Bildirilib ki, yanvar-oktyabr aylarında Türkiyədə satılan avtomobillərin 56,2 faizini SUV modelləri təşkil edib. Konkret olaraq, bu dövrdə 422 min 374 ədəd sözügedən model satılıb.

Bəs həmin modellər hansılardır?

1. "Fiat Egea Cross" - 20 min 145 ədəd
2. "Togg T10X" - 20 min 140 ədəd
3. "Chery Tiggo 8 Pro Max" - 20 min 064 ədəd
4. "Chery Tiggo 7 Pro Max" - 18 min 242 ədəd
5. "Dacia Duster" - 14 min 625 ədəd
6. "Peugeot 2008" - 13 min 230 ədəd
7. "Nissan Qashqai" - 13 min 189 ədəd
8. "Peugeot 3008" - 12 min 704 ədəd
9. "Chery Omoda" 5 - 12 min 505 ədəd
10. "Hyundai Bayon" - 12 min 122 ədəd. 

Pərviz

Избранный
91
16
hit.az

10Источники