RU

Leypsiqdə İqlim Dəyişikliyi üzrə Nazirlər Dəyirmi Masası çərçivəsində xüsusi müzakirə keçiriləcək

Bakı. Trend:

Gələn ilin may ayında Leypsiqdə İqlim Dəyişikliyi üzrə NazirlərDəyirmi Masası çərçivəsində xüsusi müzakirə keçiriləcək.

Trend xəbər verir ki, bubarədə Çilinin nəqliyyat və telekommunikasiya naziri Xuan KarlosMunyos COP29 çərçivəsində keçirilən "Şəhər nəqliyyatınınyaşıllaşdırılması" mövzusunda yüksək səviyyəli dəyirmi masada çıxışedərkən bildirib.

"Qarşıdakı Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC)əhəmiyyətini nəzərə alaraq, 2025-ci ilin may ayında Leypsiqdəkeçiriləcək MFT Sammitində İqlim Dəyişikliyi üzrə Nazirlər DəyirmiMasası çərçivəsində xüsusi müzakirə keçirəcəyik.

Bu müzakirə nəqliyyatın yeni təqdim olunan NDC-lərdə nə dərəcədəəhatə olunduğunu qiymətləndirməyə imkan verəcək. Həmçinin, MFT-yəüzv ölkələr arasında tədbirlərin həyata keçirilməsinə dəstəkməqsədilə əməkdaşlıq sahələrini müəyyən etməyə kömək edəcək.

Əminik ki, bu dəyirmi masa nəqliyyat sektorunundekarbonizasiyası ilə bağlı birgə səylərimizdə mühüm mərhələolacaq. Nazirləri, siyasətçiləri və maraqlı tərəfləri bir arayagətirərək, əldə olunan irəliləyişlərə əsaslanacaq, boşluqlarımüəyyənləşdirəcək və çətinliklərin aradan qaldırılması üçün birgəişləyəcəyik.

Bu dialoq ümumi qətiyyətimizi gücləndirmək, ən yaxşıtəcrübələrlə bölüşmək və irəliləyişi sürətləndirməyə kömək edəcəktərəfdaşlıqlar yaratmaq üçün bir imkan təqdim edəcək", — deyə oqeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
27
az.trend.az

1Источники