RU

Ağdamda dünyaya örnək olacaq, gözəlliyi ilə seçiləcək yeni şəhər salınır - RƏY

Ağdamda dünyaya örnək olacaq, gözəlliyi ilə seçiləcək yeni şəhər salınır.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

O bildirib ki, Ağdamın yenidən qurulması üçün tərtib olunan layihələr sürətlə icra olunur:

“Ulu Öndər Heydər Əliyev Ağdam sakinlərini zəhmətkeş və qəhrəman insan, şəhəri isə müqəddəs məkan kimi qiymətləndirib. Ermənilər Ağdamın işğalı dönəmində şəhəri viran edərək tanınmaz hala salıblar. Ancaq Ağdam işğaldan azad olunduqdan sonra orada möhtəşəm tikinti, bərpa-quruculuq işləri həyata keçirilir. Prezident İlham Əliyevin şəhərə səfərləri, Ağdamın yenidən qurulması ilə əlaqədar mühüm layihələrin tərtibi və müvafiq tapşırıqların verilməsi buraya yeni həyat bəxş edib. Ərazidə dünyaya örnək olacaq, gözəlliyi ilə seçiləcək yeni şəhər salınır”.

Tahir Rzayev
Tahir Rzayev

T.Rzayevin sözlərinə görə, Ağdamın yenidən qurulması və sakinlərin qayıdışı şəhərin iqtisadiyyatında, eləcə də mədəni həyatında yeni mərhələnin başlanğıcı olacaq. O qeyd edib ki, Ağdamda yeni infrastruktur layihələrinin həyata keçirilməsi şəhərin gələcək inkişafı üçün geniş imkanlar yaradacaq.

“Bu prosesdə ağdamlıların özləri də yaxından iştirak edirlər. Sərmayələrin qoyuluşunda onların xidmətləri böyükdür. Bu gün Azərbaycan iqtisadiyyatı dayanıqlı və davamlıdır. Ağdama qoyulan irihəcmli kapital, qardaş ölkələrin burada məktəb binaları inşa etmələri, eləcə də tikinti-abadlıq işlərinə dəstək vermələri ağdamlıların şəhərə qayıdışını tezləşdirəcək”, - deputat vurğulayıb.

Избранный
30
1
report.az

2Источники