RU

Azərbaycan ekoloji davamlılığa sadiqdir

Azərbaycan 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 % azaldılması məqsədinə və ekoloji davamlılığa sadiqdir.

“İki sahil” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev COP29 çərçivəsində təşkil olunmuş “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin dəyirmi masasında bildirib.

"Biz Orta Dəhlizin genişləndirilməsi planlarımızı irəli sürərkən davamlılığa böyük diqqət yetiririk. Dəmir yolu sistemimiz həm sərnişin, həm də yük daşımaları üçün müasir elektrovozlardan istifadəyə üstünlük verir. Mövcud dəmir yolu xətlərini və lokomotivləri modernləşdirməyi, ərazilərdə günəş panelləri və ekoloji təmiz enerji mənbələri quraşdırmağı planlaşdırırıq. Bakı limanı 2022-ci ildə Avropa Dəniz Limanları Təşkilatından "EcoPorts" sertifikatını alıb və bu Xəzər dənizi hövzəsində ilk bu cür tanınmadır. 2025-ci ildən başlayaraq alternativ enerji mənbələrindən istifadəni daha da genişləndirməyi planlaşdırırıq", - deyə o qeyd edib.

Избранный
21
3
ikisahil.az

4Источники