Ən son “Mariya” filmində rol alan Ancelina Colinin yeni filmi “Stitches” moda dünyasında yer alacaq.
Publika.az xəbər verir ki, Ancelina Colinin yeni layihəsi bəlli olub. Sonuncu dəfə Haluk Bilginerlə birlikdə "Mariya" filmində rol alan Oskarlı ulduz rejissor Alice Vinocourun yeni "Stitches" filmində baş rola çəkilməyə hazırlaşır.
Parisdə və moda dünyasında baş tutacaq fransız filmində Coli Paris Moda Həftəsində həyatları kəsişəcək üç qadından biri olan rejissor rolunu oynayacaq.
Alice Vinocour 2019-cu ildə Eva Greenin oynadığı "Proxima" filmini və 2022-ci ildə Vircinie Efiranın baş rolda olduğu "Paris Memories" filmini çəkib.