RU

Türkiyə kəşfiyyatından əməliyyat: Kritik şəxs yaxalandı - Foto

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı ( MİT) terrorla bağlı axtarışda olanlar siyahısında boz kateqoriyada axtarılan terroristi yaxalayıb.

Ölkə.Az “haberler.com”a istinadla xəbər verir ki, Maoist Kommunist Partiyasının (MKP) üzvü Kadir Çeliki Yaxın Şərq ölkələrindən birində keçirdiyi əməliyyatla ələ keçirilib.

Türkiyəyə qarşı sensasion aksiya axtarışında olduğu müəyyənləşən MKP üzvü Çelik MİT tərəfindən Türkiyəyə gətirilərək təhlükəsizlik qüvvələrinə təhvil verilib.

Kəşfiyyat araşdırmaları nəticəsində terrorçu Çelikin 2011-2016-cı illər arasında İstanbulda MKP-nin qeyri-qanuni strukturunda fəaliyyət göstərdiyi, Okmeydanıdakı yol blokadası zamanı molotof hücumunda iştirak etdiyi müəyyən edilib.

Türkiyədə qeyri-qanuni fəaliyyətindən sonra terrorçu Kadir Çelik 2016-cı ildə Şimali İraqa köçüb. Çelik MKP ilə PKK arasında əməkdaşlıq çərçivəsində İraqın şimalındakı PKK düşərgələrində "Sui-qəsd təlimi" alıb. 2018-ci ildə Suriyaya köçən Çelik Suriyanın şimalında PKK ünsürləri ilə koordinasiyalı şəkildə silahlı fəaliyyətlər həyata keçirib.

Billurə

Избранный
12
3
olke.az

4Источники