RU

Ən yüksək və ən aşağı pensiya bu rayonlardadır - CƏDVƏL

Bu ilin oktyabrın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 98 min 500 nəfər pensiyaçı qeydiyyatda olub.

Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, pensiyaların orta aylıq məbləği 493,9 manat təşkil edib və orta aylıq əmək haqqının 49,7 faizinə bərabər olub. Orta aylıq pensiya məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə  13,2 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 11,9 faiz artıb.

Bu dövrdə ən yüksək pensiya Bakı şəhərində qeydə alınıb. Belə ki, Bakıda qeydiyyatda olan 385 min 505 pensiyaçının aldığı pensiyaların orta aylıq məbləği 675 manat 7 qəpik olub. 

Ən aşağı pensiya isə 371 manat 78 qəpik ilə Xocalı rayonunda olub. Bu rayonda qeydiyyatda olan pensiyaçıların sayı 1 169 nəfər təşkil edib. 

Ən çox pensiyaçı sayı Bakıda (385 min 505 nəfər), ən az pensiyaçı isə Xocavənd rayonunda (900 nəfər) qeydə alınıb. 

2024-cü il oktyabr ayının 1-i vəziyyətinə iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə pensiya təminatı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Əvəz Həsənov

Избранный
22
valyuta.az

1Источники