RU

2025-ci il Özbəkistanda "Ətraf mühitin mühafizəsi və yaşıl iqtisadiyyat ili" olacaq

Yazını böyüt
Yazını kiçilt

Özbəkistan prezidenti Şavkat Mirziyoyev noyabrın 20-də Qanunvericilik Palatasının iclasında 2025-ci ilin “Ətraf mühitin mühafizəsi və yaşıl iqtisadiyyat ili” elan olunmasını təklif edib.

Hafta.az-ın yazdığına görə, iclasda çıxış edən prezident qeyd edib ki, təkcə Özbəkistan deyil, dünyanın bir çox ölkəsi iqlim dəyişikliyinin mənfi nəticələrini açıq şəkildə hiss etməkdədir.

Havanın və suyun çirklənməsi, torpağın eroziyası, səhralaşma, qalıq yanacaqlardan həddindən artıq istifadə qlobal istiləşməyə, təbii fəlakətlərin artmasına, ətraf mühitə və əhalinin sağlamlığına zərər vurur.

Üç il əvvəl Özbəkistanda “Yaşıl məkan” milli layihəsinə start verilib. Qonşu ölkələrlə birgə Regional İqlim Strategiyasının həyata keçirilməsinə başlanılıb. Paytaxtda Orta Asiya Ətraf Mühit və İqlim Dəyişiklikləri Araşdırmaları Universiteti yaradılıb.

Həmçinin Özbəkistan BMT-nin bununla bağlı qəbul etdiyi iki mühüm qətnamənin təşəbbüskarı olub. Eyni zamanda, “yaşıl” enerji iqtisadi hərəkətverici qüvvələrdən birinə çevrilir.

Özbəkistanda 2025-ci ili “Ətraf mühitin mühafizəsi və yaşıl iqtisadiyyat ili” elan edən prezident Şavkat Mirziyoyev vətəndaşların təklif və rəyləri əsasında bu istiqamətdə görülən işləri yeni, daha yüksək səviyyəyə qaldırıb.

İclasda qərara alınıb ki, hökumət gələn il üçün müəyyən edilmiş ən mühüm vəzifələr üzrə dövlət proqramı hazırlasın. Bu proqramda vurğulanıb ki, “yaşıl” texnologiyaların tətbiqi, suya qənaət, yaşıllıq sahələrinin artırılması, Aral faciəsinin nəticələrinin yumşaldılması, tullantı probleminin həlli, ən əsası əhalinin sağlamlığının möhkəmləndirilməsi kimi məsələlər diqqətdə saxlanılmalıdır.

Избранный
19
hafta.az

1Источники