RU

Orta Dəhlizdə tranzit konteyner blok qatarlarının sayı artırılacaq – Rəşad Nəbiyev

Bakı. Trend:

Orta Dəhliz vasitəsilə tranzit konteyner blok qatarlarının sayı2025-ci ilə qədər 600-ə çatdırılacaq.

Trend xəbər verir ki, bubarədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri RəşadNəbiyev COP29 çərçivəsində "Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onunhüdudlarından kənar" mövzusunda keçirilən yüksək səviyyəli "dəyirmimasa" zamanı bildirib.

"Son bir neçə ildə Azərbaycan ümumi tranzit həcminin davamlıartımını nümayiş etdirir. 2023-cü ildə bu göstərici 13,4 milyon tontəşkil edib ki, bunun 4,3 milyon tonu Orta Dəhliz vasitəsilədaşınıb. 2024-cü ilin əvvəlindən Çin vasitəsilə Orta Dəhlizdənkeçən blok qatarlarının hərəkətini təmin edirik.

Bu ilin sonuna qədər ölkəmizin ərazisindən 300-dən çox blokqatarının keçməsi gözlənilir. Hazırda tranzitin orta müddətiAzərbaycan limanlarına qədər 10 gün, Gürcüstan limanlarına qədərisə 12 gün təşkil edir.

Gələn il biz blok qatarlarının sayını 600-ə çatdırmağı,perspektivdə isə bu göstəricini 1 000 blok qatarına qədər artırmağıplanlaşdırırıq", — deyə nazir vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
10
az.trend.az

1Источники