RU

"Uşaq bağçalarının az olması qadınları işləmək imkanlarından məhrum edir"

Qadınlar məşğul əhalinin 47,9 faizini təşkil edir. Bununla yanaşı, iqtisadi qeyri-fəal əhalinin 55,7 faizi qadınlardır. Yəni qadınların böyük hissəsi əmək bazarında aktiv iştirak edə bilmir. Bunun əsas səbəblərindən biri də məktəbəqədər təhsil müəssisələrinin çatışmamasıdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, rəsmi statistik məlumata əsasən, məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan və ümumtəhsil məktəblərində məktəbəhazırlığa cəlb olunmuş 1-5 yaşlı uşaqların ümumi sayında xüsusi çəkisi son 13 ildə artaraq 34,6 faiz olub:

"Bu göstərici əvvəlki illərlə müqayisədə xeyli artıb. Amma uşaq bağçalarının və günərzi qayğı mərkəzlərinin az olması bəzi rayon, qəsəbə, kəndlərdə qadınları işləmək imkanlarından məhrum edir".

Milli.Az

Избранный
27
2
milli.az

3Источники