RU

Binəqədi İcra Hakimiyyəti Xocasəndə qanunsuz tikilinin qarşısını ala bilmir – Bəs Arxitektura Komitəsi hara baxır?

BinəqədiAzərbaycan Respublikası qanunvericiliyinə görə hər hansı bir tikili işləri aparmaq üçün müvafiq icra hakimiyyəti orqanlarının razılığı olmalıdır. Əks halda tikili qanunsuz sayılır və sökülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə edə bilməz. Onun tikintiyə dair sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.Qanunsuz formada tikilən obyekt odur ki, ya torpağın sənədi yoxdur, ya tikilməsi üçün vacib qurumdan icazə alınmayıb və yaxud hansısa torpaq sahəsi zəbt olunub, onun üzərində tikinti işləri aparılır. Əlbəttə ki, belə olan halda müvafiq qurumlar tərəfindən həmin qanunsuz tikintilərlə bağlı tədbirlər görülür. Ya söküntüsü, ya da tikintinin dayandırılması həyata keçirilir. Bundan əlavə, inzibati tədbirlər görülür.Redaksiyamıza verilən məlumatlara görə belə qanunsuz tikintilərdən biri də Binəqədi rayonu, Xocasən qəsəbəsi, Elçin Əzizov küçəsində həyata keçrilir.Verilən məlumata görə sözügedən tikinti işlərinin aparılmasına dair aidiyyəti dövlət qurumlarının lazımi icazəverici sənədləri alınmadığı, tikinti işlərinin aparıldığı ərazinin üzərindən yüksək gərginlikli elektrik xətlərinin keçdiyi, hətta ərazinin ARDNŞ-nin balansında olduğu, inşası həyata keçirilən tikiliyə aid müxtəlif işlər görülərkən normativ tələblərə riayət olunmadığı, ətraf ərazilərə xoşagəlməz səs-küy yayıldığı, yaxın yerlərdə yaşayan sakinlərin narazılıq etdikləri bildirilir. Ətrafda yaşayan sakinlər görülən işlərin tikintiyə icazə alınmadan, şəhərin müvafiq ərazisinin memarlıq, estetik görünüşünə xələl gətirməklə, təhlükəsizliyə, eləcə də qanunvericiliyin digər tələblərinə riayət etmədən həyata keçirildiyini və qanunsuz tikintinin sökülərək ərazinin əvvəlki vəziyyətinə qaytarılmasını tələb edirlər.O da qeyd olunur ki, bu tikinti bir müddət dayandırılsa da, tikintini aparan şəxs yuxarılarla “hansı yollasa dil tapa bilib” və dayandırıldığı bildirilən tikilinin inşası davam etdirməkdədir. Tikinti aparan şəxs heç bir sənədi qanunun tələb etdiyi kimi qaydasına salmamışdır. Biz də öz növbəmizdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Binəqədi rayon İcra Hakimiyyətinin və digər aidiyyatı qurumların bu məsələyə mövqeyini öyrənməyə çalışacağıq. Öyrənməyə çalışacağıq ki, bu qanunsuz tikintiyə hansı qurum icazə verib.(aktualinfo.org)Mövzuya qayıdacağıq.

Избранный
3
2
yenisoz.az

3Источники