RU

COP29-un Türkiyə pavilyonunda Azərbaycala müzakirələr olub

Bakıda COP29 çərçivəsində Mavi Zonada təşkil edilən Türkiyə pavilyonunda qardaş ölkədən mötəbər tədbirə təşrif buyurmuş dövlət rəsmilərinin görüşləri keçirilir, mətbuat konfransları təşkil edilir.

Modern.az xəbər verir ki, Türkiyə Respublikasının Dövlət Su İşləri Baş İdarəsinin rəisi Mehmet Akif Balta Mavi Zonada Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovla görüşüb. Görüşdə su ehtiyatlarının idarə edilməsində əməkdaşlıq perspektivləri, su təsərrüfatı sahəsində innovativ texnologiyaların tətbiqi və beynəlxalq təcrübə barədə fikir mübadiləsi aparılıb.

Tərəflər, həmçinin iqlim dəyişikliklərinin su ehtiyatlarına təsirlərinin azaldılması, sərhədyanı su ehtiyatlarının idarə olunması, regional əməkdaşlıq və gələcək layihələrin həyata keçirilməsi imkanlarını da müzakirə ediblər.

Избранный
15
18
modern.az

10Источники