RU

"Azəristiliktəchizat"ın əhalidən yığdığı tarif faktiki xərclərdən xeyli aşağıdır" - Samir Şərifov

“Azəristiliktəchizat"a dövlət büdcəsindən ildə 46 milyon manat vəsait ayrılır. Bu vəsait ona görə ayrılır ki, "Azəristiliktəchizat"ın əhalidən yığdığı tarif faktiki xərclərdən xeyli aşağıdır. Burada böyük zərər əmələ gəlir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı maliyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, qazanxanaların səmərəliliyi olduqca aşağıdır:
“Ona görə daha müasir isitmə metodlarına keçmək lazımdır. Bununla bağlı təkliflər var. Hazırda bunun üzərində işlənilir".


Müəllif: Şəbnəm Zahir
Избранный
14
10
teleqraf.com

10Источники