RU

Hərb və diplomatityamızın Böyük Qələbəsi


Bu gün ən yeni tariximizin möhtəşəm hadisələrindən birinə şahidlik etdiyimiz gündür. Noyabrın 20-si ölkəmizdə Ağdam Şəhəri Günü kimi qeyd olunur. Bu günün rəsmi dövlət bayramı kimi qeyd olunmasının səbəbləri və tarixçəsi hamımıza yaxşı məlumdur. Bu yeni bayramımızın cəmi 2 yaşı var. Biz bu bayramı ötən ildən qeyd etməyə başlamışıq.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü ildə imzaladığı Sərəncama əsasən, artıq iki ildir ki, noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd olunur. Noyabrın 20-si heç də təsadüfən Ağdam Şəhəri Günü kimi seçilməyib. Həmin gün Ağdamın 27 il davam edən mənfur erməni işğalından qurtulduğu gündür.

2020-ci il noyabrın 20-də Azərbaycan dövləti bir güllə belə atmadan, heç bir itki vermədən Ağdamı düşmən tapdağından azad edib. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük İkinci Qarabağ müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıqlar və dövlət başçımızın uğurlu diplomatiyası sayəsində işğaldan azad edilmiş digər ərazilərimizdən (Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Şuşa və s.) fərqli olaraq Ağdamın Ermənistan tərəfindən işğalına dinc yolla son qoyuldu. Bu tarixi hadisə 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış Üçtərəfli Bəyanata əsasən razılaşdırılmışdı. Ermənistan tərəfinin imzaladığı bu kapitulyasiya sənədi Ağdamın işğaldan dinc yolla azad edilməsi üçün hüquqi zəmin yaratdı. Bu, hərb və diplomatityamızın Böyük Qələbəsi idi.

Dünya hərb tarixində bu cür hadisələrə çox nadir hallarda rast gəlinir. İşğalçıların uzun illər ərzində öz nəzarətləri altında saxladıqları bu və ya digər ərazini döyüşsüz təhvil verib, dinc şəkildə tərk etmələri barədə tarixi faktlar elə də çox deyil. Bu mənada Azərbaycanın təcavüzkar Ermənistanı Ağdamı dinc şəkildə tərk etməyə məcbur etməsi həqiqətən də unikal hadisədir. Azərbaycan liderinin hərbi uğurlarımızı diplomatik uğura çevirməsi dünya hərb tarixində dərin iz buraxacaq hadisədir.

Ağdamın ən yeni tarixinin bir digər mühüm hadisəsi isə 2023-cü ilin noyabrın 23-də Prezident İlham Əliyev tərəfindən orada Azərbaycanın dövlət bayrağının ucaldılmasıdır. Bununla da Ağdamın ən yeni tarixi - qürur və azadlıq dövrü başlamış oldu. Bu şəhərin "Qafqazın Xirosiması" dövrü başa çatdı. İndi Ağdam "Ruhlar şəhəri"ndən dirçəliş və tərəqqi mərkəzinə çevrilməkdədir. İşğaldan azad edilən Ağdamda hazırda böyük yenidənqurma-abadlıq işləri aparılır. Ağdam sürətlə Böyük Qayıdışa hazırlaşır. Erməni vandalizminin dəhşətlərini yaşamış Ağdam dövlətimizin gücüylə bərpa olunur. Bura tezliklə Qarabağımızın ən gözəl guşələrindən birinə çevriləcək. Dünya vandal ermənilərlə qurucu azərbaycanlıların fərqini məhz Ağdamda görəcək.

Şəhər Günün mübarək olsun, əziz Ağdam!

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Избранный
33
newscenter.az

1Источники