RU

“Real Betis” klubunun nümayəndəsi Bakıda nəyə təəccüblənib? - Foto

“Real
Azərbaycanın ev sahibliyi etdiyi COP-29 yekunlaşmaq üzrədir. BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası davam edən günlərdə müxtəlif sahələr üzrə tədbirlər keçirilir. Ağdamın “Qarabağ” klubunun təşəbbüsü ilə COP-29 çərçivəsində futbol aləminin iqlim dəyişikliyi ilə mübarizə alyansı yaradılıb.

Reyting.az
xəbər verir ki, “Qarabağ”ın Avropa Klublar Assosiasiyası (ECA) ilə birgə təşkilatçılığı əsasında yaradılan alyansın toplantısında iştirak etmək üçün Bakıya gələn dünyaca tanınmış klublar arasında İspaniya təmsilçisi “Real Betis” də olub. İspaniya klubunun rəsmiləri də Ağdam təmsilçisinin təklifinə qoşulduqlarını bəyan ediblər.

“Real Betis”i ölkəmizlə bağlayan daha bir vacib məqam var. Azərbaycanın ən titullu futbolçularından biri sayılan Vəli Qasımov bir vaxtlar bu klubun formasını geyinib və “Real Betis”in heyətində 1994-1995-ci il mövsümündə İspaniya La Liqasının bürünc mükafatını qazanıb. Məşhur futbolçumuz bu uğuru qazanan hələ ki, yeganə azərbaycanlıdır.İspaniya klubu öz keçmiş oyunçusu ilə daim əlaqə saxlayır, onu tez-tez öz tədbirlərində iştiraka dəvət edir.



Amma ispanlardan fərqli olaraq biz barmaqla sayıla biləcək məşhur və titullu futbolçularımıza sahib çıxa bilmirik. Vəli Qasımov futbol klublarının iqlim dəyişikliyi mübarizəsi ilə bağlı Bakıda keçirilən tədbirinə dəvət olunmayıb.

Maraqlıdır ki, “Real Betis” klubunun meneceri Rafael Muella Pastor COP-29 çərçivəsində düzənlənən toplantıda iştirak etmək üçün Bakıda olarkən Vəli Qasımovla görüşüb, onun fəaliyyəti və planları ilə maraqlanıb. İspaniyalı mütəxəssis həm Azərbaycanda, həm də Avropada tanınan belə bir futbolçunun həmin tədbirə dəvət olunmadığından təəccübləndiyini bildirib.

V. QULİYEV
Избранный
16
reyting.az

1Источники