RU

Gələn il bu universitetlərə 27 milyon ayrılacaq

“Növbəti ildə Qarabağ Universitetinin fəaliyyətinin genişləndirilməsi üçün 17 milyon manat vəsait nəzərdə tutulub”.

 

Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib. 

 

Nazir xatırladıb ki, bu il Qarabağ Universitetinin bakalavriat səviyyəsinə 1104 nəfər qəbul olunub: “Qəbul olan tələbələrin 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Gələn il Qarabağ Universitetinə 1200-1500 tələbənin qəbulu nəzərdə tutulub.

 

Həmçinin Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətinin genişləndirilməsinə 10 milyon manat vəsait proqnozlaşdırılıb”.

 

E.Əmrullayev əlavə edib ki, gələn il rəsmiləşən tələbə kreditlərinin sayı 60 minə çatacaq: “Təhsil Tələbə Krediti Fondunda artıq 44 mindən çox kredit rəsmiləşib. Gələn il rəsmiləşən kreditlərin sayı 60 minə çatacaq”.

Избранный
14
45
sfera.az

10Источники