RU

Çin Rusiya və Ukraynanı strateji riskləri azaltmağa çağırıb

Rusiya və Ukrayna strateji riskləri azaltmağa başlamalı və eyni zamanda münaqişənin azalmasına töhfə verməlidir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian bildirib.

Qərbin Ukrayna ərazisindən uzaqmənzilli raket hücumları və Rusiyanın yenilənmiş nüvə silahlarını şərh edən diplomat deyib: “İndiki vəziyyətdə bütün tərəflər sakit və təmkinli olmalı, dialoq və məsləhətləşmələr yolu ilə vəziyyətin sakitləşməsinə birgə töhfə verməli və strateji riskləri azaltmalıdır”.

Lin Cian əlavə edib ki, Çinin baş verənlərlə bağlı mövqeyi dəyişməyib.

Onun sözlərinə görə, Pekin konstruktiv rol oynamaq məqsədi daşıyır.

Избранный
26
operativmm.az

1Источники