RU

Ərdoğan Türkiyənin Tramp hakimiyyətindən gözləntiləriniAÇIQLADI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin ABŞ-la münasibətləri Türkiyənin milli maraqları əsasında inkişaf etdirəcəyini, yeni seçilmiş prezident Donald Trampın münaqişələrə son qoymaq istəyi ilə bağlı ritorikasına inandığını, lakin ondan konkret addımlar gözlədiyini bildirib.

Azpost.info xəbər verir ki, Ərdoğan bu barədə Braziliyadan qayıdarkən jurnalistlərə açıqlama verib.

“Yeni seçilmiş prezident Donald Tramp müharibələrə son qoyacağını söyləsə də, bu yeni mərhələdə nə baş verəcəyini şərh etmək hələ tezdir. Baxaq, Tramp dövründə ABŞ-ın Yaxın Şərqə münasibəti necə olacaq. Biz Türkiyə-ABŞ əlaqələrini ölkəmizin maraqları çərçivəsində inkişaf etdirməyə çalışacağıq. Trampın müharibələrə son qoyma ritorikasına inanmaq və ondan bu istiqamətdə addımlar atacağını gözləmək istəyirik. ABŞ müharibələrə son qoymaqla regionumuzda münaqişələrin sülh yolu ilə həlli üçün yeni mühit yarada bilər. Ümid edirik ki, müsbət irəliləyişlərin və bütün mövcud problemlərin aradan qaldırılmasının şahidi olacağıq”, – Ərdoğan deyib.

O qeyd edib ki, Ankara Tramp administrasiyasında kimin olduğunu, onların yanaşma tərzini təhlil edir və buna uyğun olaraq gələcək təmaslara hazırlaşır: “Bizim üçün insanların hakimiyyətə gəlməmişdən əvvəl nə dedikləri və düşündükləri də önəmlidir. Amma vacib olan onların indi məsuliyyət daşıyaraq nə etdikləridir. Onların həyata keçirəcəkləri konkret tədbirlərə uyğun olaraq konkret addımlar atacağıq”, – Ərdoğan bildirib.

Azpost.info

 

Избранный
17
azpost.info

1Источники