Qarabağ Universitetinin 2025-ci ildə fəaliyyətinin daha da genişləndirilməsinə 17 milyon manat ayrılacaq.
Azreform.info xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci il büdcə müzakirəsi zamanı təhsil naziri Emin Əmirullayev deyib.
Onun sözlərinə görə, Qarabağ Universitetinə 2024-25-cü il tədris ilində 1104 tələbə qəbul olunub. “Növbəti ilə də isə Universitetə 1200-1500 tələbə qəbulu nəzərdə tutulur”, - nazir qeyd edib.
Nazir Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətinə büdcədən 10 milyon manat ayrılması nəzərdə tutulub.
Nazir onu da bildirib ki, növbəti ildə Sabah proqramlarının genişləndirilməsi nəzərdə tutulur və bu məqsədlə büdcədən 10 milyon manat ayrılacaq.
Mürtəza
Azreform.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта