RU

Quru sərhədlər 2 gün sonra açılır? – Deputat

Uzun müddətdir quru sərhədlərin nə zaman açılacağı haqda müzakirə aparılır. Mediada yayılan məlumatlara görə, noyabrın 22-dən – COP29 sammiti bitdikdən sonra quru sərhədlərinin açılma ehtimalları var.

Bu realdırmı?

Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, hələ bu barədə dəqiq məlumat verilməyib:

“Milli Məclisin yeni tərkibdə ilk iclasında ölkə Prezidenti İlham Əliyev quru sərhədlərinin bağlanması mövzusuna toxunaraq bildirmişdi ki, bu, ölkənin təhlükəsizliyi üçün çox vacib qərardır. COP29-dan sonra da təhlükəsizliyin tam təmin olunacağını söyləmək mümkün deyil. Ona görə də quru sərhədlərin açılmasını COP-la əlaqələndirmək doğru olmaz. Lakin hər bir halda imtiyazlı, güzəştli variantlara baxılmalıdır. Xəstələrə, həkimlərə. yaxud da tələbələrə belə güzəştlər tanınmalıdır”.

(global.info)

Избранный
8
6
avtosfer.az

7Источники