RU

Qarabağ zəfərinin 4-cü ildönümü İstanbulda qeyd edildi – FOTO/VİDEO

 

Qarabağ Zəfərinin 4-cü ildönümü münasibətilə İstanbulda möhtəşəm tədbir keçirilib.

 

 

 

Tədbir Türk Dünyası Könül Elçisi, jurnalist Dr. Seyfullah Türksoyun rəhbərlik etdiyi İpək Yolu İctimai Diplomatiya Təşkilatı və Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan Türk Evinin sədri Dosent Dr. Tenzilə Rüstəmxanlının təşkilatçılığı ilə baş tutub.

44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı qələbə münasibətilə təşkil olunan tədbirdə dövlət və hökumət nümayəndələri, millət vəkilləri, İstanbul valisinin müavini, Bahçelievler bələdiyyə başçısı və kaymakamı, eləcə də akademiklər, ədəbiyyat, sənət və media nümayəndələri iştirak edib. Beşulduzlu “Grand Hilton Hotel”də keçirilən tədbirə 500-ə yaxın seçilmiş qonaq qatılıb.

 

Tədbirdə çıxış edən natiqlər Qarabağ Zəfərinin tarixi əhəmiyyətindən, Azərbaycan Ordusunun qəhrəmanlığından və Prezident İlham Əliyevin liderliyində əldə edilən uğurlardan bəhs ediblər. Onlar həmçinin Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq əlaqələrinin daha da güclənməsinin vacibliyini vurğulayıblar.

 

 

Tədbirin təşkilatçıları arasında Dr. Seyfullah TürksoyDosent Dr. Tenzilə Rüstəmxanlı ilə yanaşı, millət vəkili Mustafa Kaya, sabiq nazir və şair Sabir Rüstəmxanlı, İstanbul valisinin müavini Dr. Hasan Hüseyin Can, Bahçelievler bələdiyyə başçısı Dr. Hakan Bahadır, Bahçelievler kaymakamı Dr. Mehmet Boztepe, Romaniya-Türkiyə Ticarət Palatasının rəhbəri Tamer Atalay və Avro-Atlantik Şurasının sədri Sahil Qasımov da çıxış ediblər.

 

Tədbirdə Azərbaycan mətbəxinin ləziz nümunələri olan Şah Plovu və Kars ketəsi qonaqlara təqdim olunub. Tədbirə müxtəlif ölkələrdən, o cümlədən Rumıniya, Belçika, Almaniya, Ukrayna, Qırğızıstan və Gürcüstandan qonaqlar qatılıb.

 

 

 

 

Tanınmış sənətçilər Cavit TəbrizliElif Avcının ifaları tədbir iştirakçılarına unudulmaz anlar yaşadıb. Gecədə Sabina Selcan, Ado Kahraman, Ayten Nur, Səbəhəddin Sivrikaya, Nur Türkmen, Mənsur Dərviş, İnara Suada və Orkestr Kars da çıxış ediblər.

Qarabağ Zəfərinin 4-cü ildönümü münasibətilə keçirilən bu tədbir Türkiyə ilə Azərbaycanın ortaq qələbə ruhunu və qardaşlıq bağlarını bir daha nümayiş etdirdi.

 

 

 

 

Избранный
28
yenicag.az

1Источники