RU

"Olimpiakos"un və "Nottingem Forest"in sahibi cinayətdə ittiham edilir

İngiltərənin "Nottingem Forest" və Yunanıstanın "Olimpiakos" klublarının sahibi Evangelos Marinakis cinayətkar təşkilata dəstək verməkdə və idmanla bağlı zorakılığa təhrik etməkdə şübhəli bilinir.

Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, o, ötən il "Olimpiakos"la "Panatinaikos" arasında Afinada keçirilən voleybol matçından sonra güllələnərək öldürülən polis zabitinin ölümündə təqsirləndirilir.

Xəbərə görə, Marinakislə yanaşı, Yunanıstan təmsilçisinin bir sıra rəsmiləri də məhkəmə qarşısına çıxacaqlar.

"Olimpiakos" isə bəyanat yayaraq ittihamların şantaj olduğunu bildirib.

Избранный
15
2
fanat.az

3Источники