İstanbul Respublika Prokurorluğu Acun Ilıcalıya qarşı istintaqa başlayıb. Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, araşdırma mərc oyunlarının qanunsuz reklamı və təşviqi ittihamı ilə başlayıb. Prokurorluq həmçinin, Tv8 telekanalı və “Exxen” rəqəmsal platformasının məsul şəxslərinə qarşı da istintaqa başlayıb. İstintaq çərçivəsindəki reklamlar arasında Monteneqro ilə matçda göstərilən qanunsuz mərc reklamları ilə yanaşı, keçmiş matçlarda nümayiş etdirilən mərc reklamları da var. Belə ki, TV8-də canlı yayımlanan UEFA Millətlər Liqasının 4-cü Qrupunun 6-cı tur oyunu zamanı (Monteneqro-Türkiyə) reklam lövhələrində qeyri-qanuni mərc oynayan saytların reklamları yerləşdirilib.