RU

Ələt limanında gəmilərin dövriyyə müddəti 60 faizədək azaldılıb NAZİR

Son geosiyasi dəyişikliklərdən əvvəl Azərbaycan artıq Orta Dəhlizin strateji potensialını tanımış və mühüm infrastruktura, o cümlədən 5 milyon ton tutumlu Bakı-Tbilisi-Qars dəmir yoluna və Bakı Beynəlxalq Dəniz Ticarət Limanına fəal şəkildə sərmayə qoymuşdu. 15 milyon ton tutumlu limanın həcmi önümüzdəki illərdə 25 milyon tona qədər genişləndiriləcək.

Xezerxeber.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev COP29-da “Dayanıqlı rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin iştirakı ilə keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

“Bizim öhdəliyimiz fiziki infrastrukturdan kənara çıxır. Prosedur islahatları vasitəsilə biz Ələt limanında gəmilərin dövriyyə müddətini 60 faizə qədər azaldıb, dəhlizi daha səmərəli və bazar tələblərinə uyğun etdik. Sərhəd prosedurlarını sadələşdirmək və dəhlizin rəqəmsallaşdırılmasını sürətləndirmək üçün əlavə səylər davam etdirilir. Bu gün Orta Dəhliz artıq ehtiyat planı deyil. Qlobal əlaqənin gücləndirilməsində Azərbaycanın coğrafi üstünlüyü var. Son iki onillikdə ölkəmizdən keçən beynəlxalq dəhlizlər boyu nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə əsaslı investisiyalar yönəldilib”, - deyə nazir əlavə edib.

Избранный
23
xezerxeber.az

1Источники