RU

AFFA Fernandu Santuşun millidəki gələcəyi ilə bağlı qərar verəcək

AFFA İcraiyyə Komitəsi dekabr ayında bəzi məsələləri müzakirə etmək üçün toplaşacaq.

Azerisport.com xəbər verir ki, bu iclasda Azərbaycanın müxtəlif yaşlı futbol komandalarının baş məşqçilərinin məsələləri də həll olunacaq.

Həmçinin, Fernandu Santuşun bu vəzifədə fəaliyyətinin nəticəsiz qaldığı üçün onun Azərbaycan millisinin baş məşqçisi vəzifəsindən azad edilməsi məsələsinə baxıla bilər.

AFFA rəhbərliyi bu variantı nəzərdən keçirir və əsas məsələ portuqaliyalılara ödəniləcək təzminatdır.

Xatırladaq ki, iyun ayında millinin sükanı arxasına keçən Fernandu Santuş seçmə komandanı ümumilikdə altı oyunda meydana çıxarıb. Santuşun idarə etdiyi seçmə komandamız İsveçlə ilk görüşdə doğma meydanda 1:3, Slovakiyaya səfərdə 0:2, Estoniyaya səfərdə 1:3, Slovakiyaya doğma meydanda 1:3 və son olaraq ən böyük hesablı məğlubiyyəti səfərdə İsveçlə görüşdə 0:6 hesabı ilə məğlub olub. Estoniya ilə Qəbələ şəhər stadionunda keçirilən görüş isə 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, 70 yaşlı Santuşla müqavilə daha bir il uzadılmaq şərtilə 3 illikdir.

Избранный
98
2
editor.az

10Источники