RU

TBMM sədri nazirə hücumla bağlı CHP liderinə zəng edib, narahatlığını bildirib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş parlament binasında daxili işlər naziri Ali Yerlikayaya hücumla bağlı Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özelə zəng edib.

“Report” xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.

N.Kurtulmuş sözügedən məsələ ilə bağlı müxalifət liderinə narahatlığını bildirdiyini diqqətə çatdırıb: “Ona dedim ki, bugünkü hadisə xalqımızın əksər hissəsini narahat edən çirkin görüntüdür”.

Parlament sədri hücumun qəbuledilməz olduğunu bildirib: “Parlament müzakirə və siyasi mübarizə yeridir, amma heç bir millət vəkilinin xalq üçün çalışan bir nazirə hücum edəcəyi yer deyil”.

Qeyd edək ki, bu gün CHP üzvləri TBMM-də A.Yerlikayaya hücum edib.

Məlumata görə, millət vəkilləri nazirin son qəyyum təyinatlarına etiraz ediblər.

Hadisəyə münasibət bildirən hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik bunu qəbuledilməz adlandırıb. O, CHP-dən üzr tələb edib.

Избранный
4
2
report.az

3Источники