RU

Xamenei “varis” məsələsini yenidən gündəmə gətirdi

İranda 85 yaşlı Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin “varis”i ilə bağlı müzakirələr yenidən aktivləşib.

Yenicag.az xəbər verir ki, İranın bəzi “Telegram” kanallarının məlumatına görə, Xamenei ABŞ-də Donald Trampın prezident seçilməsindən sonra Ekspertlər Şurasının üzvlərini toplayaraq gələcək Ali Rəhbərin kim olacağını müzakirə edib.

Yayımlanan məlumatlara əsasən, Xamenei çıxışında vurğulayıb ki, “varis” məsələsi gec-tez gündəmə gələcək və artıq indidən Şura üzvlərinin bu barədə düşünməsi vacibdir. O, həmçinin bildirib ki, cəmiyyət də bu məsələyə tədricən hazırlanmalıdır.

Analitiklərin fikrincə, Xamenei gələcək Ali Rəhbər vəzifəsinə öz oğlu Müctəba Xameneini təyin etməyi planlaşdırır. İllərdir Müctəbanın bu vəzifəyə hazırlanması üçün müxtəlif addımlar atıldığı qeyd olunur.
Xatırladaq ki, İrandakı Ekspertlər Şurası 88 üzvdən ibarətdir və İranın Ali Rəhbərinin seçilməsinə məsul olan qurumdur. Şuranın əsas heyəti dini liderlərdən təşkil olunub.

Rafi Müslümov

Избранный
13
3
yenicag.az

10Источники