450 məktəbin yenidən tikilməyə və ya əsaslı təmirə ehtiyacı var. Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
"Son 4 ildə 500-ə qədər məktəbin şəraitini yaxşılaşdıra bilmişik. Növbəti illərdə bu proses eyni sürətlə davam edəcək. Burada söhbət 4450-ə yaxın məktəb binası və 1600 bağçadan gedir. Ümumilikdə 6 min müəssisədən danışırıq. Dövlətin burada kifayət qədər yükü var. Hər il heç olmasa bir rayonda bu işi görməyə davam edirik", - nazir Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələlərinin birgə iclası zamanı deyib.
Elm və Təhsil Nazirliyi açıqlayıb ki, 2024-cü il ölkə üzrə 38 məktəbdə təmir-tikinti işləri aparılacaq.
2023-cü il Azərbaycanda 40 təhsil müəssisəsində təmir-tikinti işləri aparılıb.
2023-cü il Azərbaycanda 40 təhsil müəssisəsində təmir-tikinti işləri aparılıb.
Gülnar Nazimqızı
www.anews.az