RU

COP for Hope: Azərbaycan sədrliyi COP29-da konsensusa nail olmaq üçün əlindən gələni edir - ABŞ səfiri (ÖZƏL)

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz ABŞ-nin Azərbaycandakı səfiriMark Libbidir.

O, Trend-ə özəlaçıqlamasında bildirib ki, Azərbaycan sədrliyi COP29-da konsensusanail olmaq üçün əlindən gələni edir.

"Mən başa düşürəm ki, COP29-da çox çətin məsələlər var. ABŞkomandası hədəflərdən və təsirlərin azaldılmasından tutmuşmaliyyələşdirməyə qədər hər şeyi nəzərdən keçirir. Bütün bu suallarmürəkkəbdir, lakin buna görə də biz onların üzərində işləmək üçünburadayıq", - o bildirib.

Səfir tərəflərin biraz səy və bir qədər xoş niyyətlə hər kəsirazı salacaq və iqlim böhranı problemini həll edəcək bir razılığagələ biləcəyinə əmin olduğunu ifadə edib.

"COP29-dan böyük ümidlərim var", - M.Libbi bildirib.

M.Libbi iqlim dəyişikliyi ilə mübarizədə gənclərin iştirakınınvacibliyini vurğulayıb.

"Bu kimi tədbirlər mənə iqlim dəyişikliyi ilə mübarizəqabiliyyətimiz üçün ən çox ümid verir, çünki o, böyük problemlərəbaxan və onların həlli yollarını tapan yenilikçi, ilhamlı və ağıllıgəncləri bir araya gətirir. Onlara dəstək olmaq mənim vəsəfirlikdəki komandam üçün əsl şərəfdir. Əminəm ki, onlarAzərbaycan üçün əla iş görəcək və bütün dünyada iqlimproblemlərinin həllinə mühüm töhfə verəcəklər", - səfir əlavəedib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
36
2
az.trend.az

3Источники