Şəkidə yol qəzası olub.
APA-nın xəbərinə görə, bu gün saat 14 radələrində rayonun Qudula kəndində Təbriz Vəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Nəticədə maşında olan sərnişin rayon sakini 1985-ci il təvəllüdlü İsmayılov Zamil Səməd oğlu xəsarət alıb.
