RU

Elektromobilə keçid:insanların çoxu üçün təhlükəsizlik ekologiyadan irəli gəlir

Baş ofisi Brüsseldə yerləşən “Accenture” təşkilatının keçirdiyi qlobal rəy sorğusuna (6000 respondent) görə dünya üzrə sürücülərin 57%-i yaxın 10 ildə elektromobilə keçmək istəyir.  Başqa sözlə, Avropada daxiliyanma mühərrikləri üçün son müddət bitənədək dünyanın yarısı elemtromobil olacaq. 

Avtosfer.az xəbər verir ki, proqnoz bir çox ekspert tərəfindən təəccüblə qarşılanıb. Çünki hazırda dünyada elektromobil satışı ciddi şəkildə geriləyir. Xüsusən də Avropada. 

Rəyi soruşulanların 80%-i qiymət, təhlükəsizlik və komfortu ekologiyadan daha üstün tutur. 
Elektromobilə keçidə ən maraqlı şəxslər Çİn vətəndaşlarıdır – 65%. Avropa avtomobil sənayesinin beşiyi olan Almaniyada göstərici 37%-dir. Fransada bu rəqəm 36%, ABŞ-da isə yaxın 5 il üçün cəmi 23%-dir.

Vüqar

Избранный
40
avtosfer.az

1Источники