RU

Ərdoğan: "Bu, müharibəniheç vaxt bitməməsi, hətta yayılmasının təmin edilməsidir"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ukraynanın Rusiya ərazisinə dərindən raket zərbələri endirməsinə icazə verilməsi müharibəyə başlamaq cəhdi kimi şərh edilə bilər. Türkiyə rəhbərliyi müharibəyə son qoymaq üçün sülhməramlı və diplomatik səylərdə israrlıdır.

HİT.az "CNN Türk"ə istinadən xəbər verir ki, bunu Ərdoğan G20 sammitində iştirak etdiyi Braziliyadan qayıdarkən jurnalistlərlə söhbəti zamanı deyib.

“Əvvəla, biz bu qərarı (uzaqmənzilli silahlardan istifadəyə icazə-red.) düzgün hesab etmirik və bəyənmirik. Ukrayna-Rusiya müharibəsi başlayandan biz inanırıq ki, bu, daha çox silah, daha çox qan, daha çox göz yaşı ilə deyil, daha çox sülhyaratma səyləri, daha çox xoş niyyət və diplomatiya ilə başa çata bilər", deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti Co Baydenin Ukraynaya Rusiya ərazisinin dərinliklərində raket zərbələri endirməsinə icazə vermək qərarı müharibənin alovlanması və onun heç vaxt bitməməsi, hətta yayılmasının təmin edilməsi cəhdi kimi şərh edilə bilər.

“Baydenin bu addımı təkcə münaqişənin gərginləşməsinə deyil, həm də Rusiyanın daha böyük reaksiyasına səbəb olacaq. Putin də ölkəsinə ballistik raketlərlə hücum edildiyi təqdirdə nüvə silahı ilə cavab verməyə imkan verən doktrinanı təsdiqləyib. Bütün bunlar regionu və dünyanı yeni böyük müharibənin astanasına qoya bilər”, deyə Ərdoğan bildirib.

Noyabrın 19-da ABŞ Dövlət Departamenti Ukraynanın uzaqmənzilli raketlərdən istifadəsinin Rusiyanı sülh danışıqlarına vadar edə biləcəyinə inanaraq, ABŞ-ın Amerika raketlərinin Rusiyanın dərinliklərinə buraxılmasına icazə verdiyini təsdiqləyib.

Samir
 

Избранный
15
hit.az

1Источники