RU

Türkiyə və Gürcüstanın dəmir yolu İT sistemlərinin inteqrasiyası istiqamətində fəal iş aparılır - TRACECA

Bakı. Trend:

Türkiyə və Gürcüstanın dəmir yolu İT sistemlərinin inteqrasiyasıistiqamətində fəal iş aparılır.

Trend xəbər verir ki, bunuTRACECA-nın baş katibi Aset Asavbayev COP29 çərçivəsində "Dayanıqlıvə rəqəmsal Orta Dəhliz və ondan kənar" mövzusunda yüksək səviyyəlidəyirmi masada deyib.

“TRACECA-ya üzv ölkələrin milli infrastrukturun inkişafında əldəetdiyi təsirli irəliləyişlərə və bu sahəyə artıq qoyulmuşəhəmiyyətli investisiyalara baxmayaraq, bizim sərhədinfrastrukturumuzun imkanları rahat və səmərəli tranzitin təminedilməsi üçün tələblərə cavab verməlidir”, - o bildirib.

Baş katib rəqəmsal əlaqənin və elektron məlumat mübadiləsiningücləndirilməsinin vacib olduğunu qeyd edib.

“Bu, dəhlizin bütün ölkələrinin prioritet hesab etməli olduğumühüm sahədir, dayanıqlı informasiya axını olmadan tam hüquqlurəqəmsal dəhlizin yaradılması əlçatmaz məqsəd olaraq qalacaq”, -Asavbayev bildirib.

O qeyd edib ki, ötən ay TRACECA Azərbaycan və Gürcüstanın səkkizİT sisteminin inteqrasiyasını başa çatdırıb:

"Hazırda Türkiyə və Gürcüstanın dəmir yolu İT sistemlərinininteqrasiyası istiqamətində fəal iş aparılır".

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Избранный
18
2
az.trend.az

3Источники