RU

BƏƏ ilə yaşıl iqtisadiyyata keçid sahəsində investisiyaların təşviqi müzakirə edildi

COP29 çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov BƏƏ-nin iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marri ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Görüşdə qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələrinin yüksək səviyyədə olduğu, iqtisadi sahədə uğurlu əməkdaşlıq edildiyi vurğulanıb.

Tərəflər yaşıl iqtisadiyyata keçid sahəsində investisiyaların təşviqi, bərpaolunan enerji layihələri çərçivəsində tərəfdaşlıq, biznes və ticarət əlaqələrinin genişləndirilməsi, rəqəmsal həllər üzrə birgə fəaliyyətin gücləndirilməsi və ölkələrimizin iqtisadi diversifikasiya hədəflərinə yönəlik əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüblər.

Görüşdə iki ölkə arasında iqtisadi-ticarət sahəsində tərəfdaşlığın inkişaf istiqamətləri müzakirə olunub.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

 

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Избранный
17
12
day.az

10Источники