Bakı. Trend:
COP29 iqlim konfransı çərçivəsində Heydər Əliyev BeynəlxalqAeroportu və Avropa Beynəlxalq Hava Limanları Şurasının (ACIEUROPE) birgə təşkil etdiyi xüsusi tədbirdə qlobal hava limanısənayesi dekarbonizasiya istiqamətində sürətlənmiş səylərini birdaha nümayiş etdirilib. Tədbirdə Heydər Əliyev BeynəlxalqAeroportuna karbon emissiyalarının azaldılması üzrə əldə etdiyiirəliləyişlərə görə Hava Limanları Karbon Akreditasiyası (ACA)proqramının 2-ci səviyyə "Azaltma" sertifikatı təqdim olunub.
“Biz ətraf mühitin mühafizəsini yalnız strateji məqsəd deyil,eyni zamanda gələcək nəsillər qarşısında mühüm bir məsuliyyət kimigörürük. Bu nailiyyət bizi daha irəli addım atmağa,“Optimallaşdırma” səviyyəsinə çatmağa və davamlı inkişaf sahəsindədaha müasir texnologiyaları və yenilikçi təşəbbüsləri tətbiq etməyəruhlandırır. Bu uğur yalnız Heydər Əliyev Beynəlxalq Aeroportunundeyil, ümumilikdə Azərbaycanın davamlı inkişaf prinsiplərinəsadiqliyinin göstəricisidir. Aviasiyada ekoloji məsuliyyət artıqseçim deyil, müasir dövrün tələbidir,” - deyə “Azərbaycan HavaYolları” QSC-nin prezidenti Samir Rzayev vurğulayıb.
ACI EUROPE-un baş direktoru Olivye Yankovets çıxışında bildirib:"600-dən çox hava limanının akkreditasiyadan keçməsi hava limanıəməliyyatlarının tam dekarbonizasiyası istiqamətində əldə olunannövbəti mühüm nailiyyətdir. Bu, hava limanlarının dayanıqlılığı özfəaliyyətlərinin əsas prioritetinə çevirdiyinin və hər ilmilyonlarla ton karbon emissiyasını əhəmiyyətli dərəcədəazaltdığının bariz nümunəsidir. Azərbaycanın paytaxt hava limanınıiqlim fəaliyyət icmamıza qoşulması və alt-regionda öncül roloynaması münasibətilə təbrik edirəm."
Tədbirdə ACI World-un baş icraçı direktoru Castin Erbaçi və HavaNəqliyyatı üzrə Fəaliyyət Qrupunun (ATAG) baş icraçı direktoruHaldan Dodun iştirakı ilə “Aviasiyanın dekarbonizasiyası və QlobalÇərçivə: Cari Vəziyyət və Perspektivlər” mövzusunda panelmüzakirəsi keçirilib. Panel müzakirəsində sənaye liderləri davamlıinkişaf məqsədlərinə nail olmaq üçün əsas çağırışları və imkanlarımüzakirə edib, əməkdaşlığın və innovativ texnologiyalarıntətbiqinin vacibliyini vurğulayıblar.
"COP29 tədbiri çərçivəsində hava limanlarının iqlim fəaliyyətinəolan sadiqliyi bir daha nümayiş olundu. İqlim tədbirləri üçünmürəkkəb siyasi mənzərə fonunda, 2050-ci ilə qədər sıfır karbonemissiyasına çatmaq məqsədimizi kollektiv şəkildə bir dahatəsdiqləmək vacibdir. Aviasiya cəmiyyətimizə və iqtisadiyyatımızaböyük faydalar gətirir. Hava limanları və onların tərəfdaşlarıkarbon izi ilə mübarizə apararkən, aviasiyanın rifahı təşviqetməkdə və iqlim təsirlərinə qarşı dayanıqlığı artırmaqda olanunikal rolunu qoruyub saxlamalıdırlar. Biz bütün dünyadakıdövlətlərin ICAO-nun uzunmüddətli məqsədinə nail olunmasınıdəstəkləyəcək çərçivələr təqdim edəcəyini səbirsizlikləgözləyirik”,- deyə Castin Erbaçi çıxışında vurğulayıb.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu Azərbaycanınekoloji məqsədlərinə dəstək olaraq karbon emissiyalarını azaltmaqvə iqlim dəyişikliyinə qarşı mübarizə istiqamətində innovativhəllərin tətbiqini öz prioritet məqsədlərindən biri kimi müəyyənedib.