RU

Daşqınların İspaniyanın maliyyə sektoruna vurduğu zərər 20 milyard avronu keçib

Daşqınların İspaniyanın maliyyə sektoruna vurduğu zərər 20 milyard avronu keçib

İspaniya Mərkəzi Bankı oktyabrın 29-da Valensiya başda olmaqla ölkənin şərq və cənub bölgələrini vuran sel fəlakətinin maliyyə sektoruna 20 milyard 584 milyon avroya başa gəldiyini açıqlayıb.İspaniya Mərkəzi Bankının sədri Xose Luis Escrivanın iştirakı ilə mətbuata təqdim edilən hesabatda sel və daşqınların birbaşa qurbanlarının 561 min 210 olduğu, 534 min 529 ev və iş yerinin isə seldən zərər çəkdiyi bildirilib. Escriva qeyd edib ki, maliyyə sektorunda baş verən fəlakətin ümumi dəyəri 20 milyard 584 milyon avro təşkil edib ki, bu da İspaniya banklarının ümumi kredit həcminin 1,8 faizinə bərabərdir. Lakin bu, öhdəliklərin yerinə yetirilməməsinin həcminə ekvivalent deyil.“Maliyyə sektorunun sabitliyi ilə bağlı heç bir narahatlığımız yoxdur” - deyən Escriva, 20 milyard 584 milyon avronun 13 milyard 542 milyon avrosunun evlər, 7 milyard 42 milyon avronun isə müəssisələr üçün olduğunu açıqlayıb.Escriva, daşqın bölgələrindəki bankomatların 9 faizinin xidmətdən çıxdığını, zədələnmiş 298 bank şöbəsindən 37-nin hələ də bağlı olduğunu, ilk günlərdə yaşanan nağd pul çıxarma xaosunun bitdiyini və kredit kartı istifadəsinin yavaş-yavaş normallaşdığını bildirib.Daşqından sonra Valensiya muxtar hökuməti yalnız öz bölgəsindəki zərərlər üçün 31 milyard 402 milyon avro yardım istəyib, mərkəzi hökumət isə indiyə qədər açıqladığı iki paketdə cəmi 14 milyard avro yardım göstərməyə qərar verib.İspaniyada oktyabrın 29-da baş verən daşqın nəticəsində ölənlərin sayı 226-ya çatsa da, 13 nəfərin hələ də itkin düşdüyü bildirilir.

Избранный
26
1
afn.az

2Источники