İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən Bizim.Media-ya bildirilib ki, görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin müsbət dinamikası qeyd edilib, ticarət, qarşılıqlı investisiyalar, sənaye, nəqliyyat-tranzit, enerji və digər sahələrdə qarşılıqlı faydalı imkanların reallaşdırılması üçün mövcud potensial diqqətə çatdırılıb.
Tərəflər birgə layihələrin regionumuz üçün iqtisadi əhəmiyyəti və tərəfdaşlığın şaxələndirilməsinin ölkələrimiz üçün perspektivləri barədə müzakirə aparıblar.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта